2015-ci ildə “Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti 53,7 ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı hesabatda əks olunub.
“Azərbaycan neftinin bir barelinin orta satış qiyməti yanvarda 49,5 dollar, fevralda 60 dollar, martda 57,3 dollar, apreldə 61,4 dollar, mayda 65,2 dollar, iyunda 62,7 dollar, iyulda 57,6 dollar, avqustda 48,2 dollar, sentyabrda 49 dollar, oktyabrda 50,1 dollar, noyabrda 45,2 dollar, dekabrda isə 38,2 dollar təşkil edib”, - deyə nazirlikdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az