Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycan neftinin qiyməti 84 dollardan düşüb](https://images.oxu.az/2024/05/23/kgrYtoyI745ZJ5tII1NjKD2je9TMfmtym8xmMSvw:1200.webp)
Azərbaycan neftinin qiyməti 84 dollardan düşüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,82% azalaraq 83,54 ABŞ dolları təşkil edib
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ən çox oxunanlar