Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan neftinin qiyməti 92 dollara düşüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,82 ABŞ dolları və ya 0,88% azalaraq 92.26 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ən çox oxunanlar