Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.
"Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında ikitərəfli strateji investisiyaların artımı, özəl sektorun və biznes fəaliyyətinin təşviqi imkanlarını nəzərdən keçirdik. İşbirliyimizin faydalı nəticələr verəcəyinə inanırıq", - deyə nazir qeyd edib.
#Azərbaycan – #Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında ikitərəfli strateji #investisiya-ların artımı, özəl sektorun və #biznes fəaliyyətinin təşviqi imkanlarını nəzərdən keçirdik. İşbirliyimizin faydalı nəticələr verəcəyinə inanırıq.#EconomyAz pic.twitter.com/jUokYOpBKq
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 10, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Mikayıl Cabbarov Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib
- Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub