2015-ci ilin iki ayı ərzində (yanvar və fevral) ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 3,7 milyard manatlıq məhsul istehsal olunaraq 2,3%-lik artım qeydə alınıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sənaye məhsulunun 59,9%-nin istehsal olunduğu mədənçıxarma bölməsində 6,9 milyon ton neft, 3,4 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 29,2%-ni təşkil edib, içki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 9,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Xatırladaq ki, ümumi sənaye istehsalının 88,1%-ni malların (əmtəələrin), 11,9%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 72,8%-i özəl bölmədə istehsal olunub.
www.oxu.az