Koreya Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Azərbaycana 26,18 milyon dollar yardım (qrant) ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) vitse-prezidenti Kim İn məlumat verib.
“Ərazidə aparılan son işlər nəticəsində 14 300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunub” - məlumatda deyilir.
Öz növbəsində, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk çıxışında Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.
www.oxu.az