Azərbaycandan 5 min ton həcmində ilk yanacaq partiyası Qazaxıstan bazarına yaxın günlərdə çatdırılacaq.
Oxu.Az Qazaxıstanın baş nazirinin saytına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin birinci müavini Uzakbay Karabalin bildirib.
“Azərbaycanla artıq razılıq əldə edilib, gələn həftə 5 ton həcmində ilk partiyanı gözləyirik. Daha sonra müqavilə bağlanacaq”, - U.Karabalin deyib.
Rusiya yanacağının çatdırılmasına gəldikdə isə, o açıqlama verib ki, “Rusiya ilə 69 min ton yanacaq üçün bağlanan müqavilələr də təsdiqlənir və biz yaxın günlərdə bu məsələnin həllini gözləyirik”.