Azərbaycan qazının Avropaya çatdırılma marşrutu rəsmən elan edilib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə Bakıda mətbuat konfransında bp-nin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə regional prezidenti Qordon Birrel deyib.
Şah Dəniz konsorsiumu Azərbaycan qazının Avropaya Transadriatik (TAP) qaz kəməri vasitəsilə çatdırılacağını deyib.
O, Azərbaycan prezidenti ilə Avropa komissiyasının prezidenti Barrozo arasında iki il öncə Cənub qaz dəhlizi üzrə birgə bəyannaməni xatırladaraq bu layihənin keçirilməsinin həmin dəhlizin bir hissəsi olduğunu qeyd etdi.
Q.Birrel, bildirib ki, Azərbaycan qazının Avropaya ixracı üçün son iki il ərzində layihələrin seçimində böyük işlər görüldü.
“Bu mərhələdə çox güclü rəqabətli layihələr mübarizə apardı. Biz sonda daha güclü layihəni seçdik. Bu layihə ilə Azərbaycan qazını 10 mlrd. kub metri ilkin olaraq Avropa bazarlarına çıxarılacaq.
İlk qaz nəqli marşrutu açıldıqdan sonra gələcəkdə Xəzərin Azərbaycan sektorunda qaz nəqli üçün digər marşrutlara baxılacaq”.
O, bildirib ki, ilin sonuna qədər sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq.
Q.Birrel, qeyd edib ki, ümumilikdə 16 mlrd. kubmetr qazın Avropaya nəqli üçün 40 mlrd. dollar sərmayə qoyuluşu nəzərdə tutulub:
“İlin sonuna qədər TAP-in kəşfiyyat və hasilat sahəsində tədqiqatlar aparılacaq və sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq”.