Azərbaycan hökuməti 2015-ci ildə sementə olan daxili tələbatın tamamilə yerli istehsal hesabına ödəniləcəyinin mümkün olacağını proqnozlaşdırır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən Avrasiya Sement Konfransında bildirib.
“2012-ci ildə Azərbaycanda istehsal olunan sement daxili tələbatın 44%-ni ödəyirdi, yerdə qalan 56% sement isə xaricdən idxal olunurdu. Biz sementə olan tələbatı 100% yerli istehsal hesabına ödəməyi planlaşıdrırıq. Proqnozumuza görə, buna 2015-ci ildə nail olacağıq”,- N.Səfərov bildirib.