2015-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 3 milyon 277.57 min dollar dəyərində sement idxal olunub. Bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 82% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, sementin 2015-ci ilin ilk iki ayının ümumi idxalda payı 0.19% təşkil etdiyi halda, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 17.95% olub.