“Buffy The Vampire Slayer”dəki obrazı ilə tanınan ABŞ-lı aktyor Nicholas Brendon Floridada həbs olunub.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Brendon sərxoş olduğu və qaldığı otelə zərər verdiyi üçün tutulub.
Xatırladırıq ki, 43 yaşlı aktyor əvvəl də eyni səbəblərlə yanvar və fevral aylarında nəzarət altına alınmışdı.
Aytən Sadıqzadə