“Azərbaycan və Belarus Gəncədə süd məhsulları kompleksinin yaradılması ilə bağlı birgə layihənin reallaşdırılmasında razılığa gəliblər”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı keçmiş səfiri, Gəncə Avtomobil Zavodunun Belarusdakı nümayəndəsi Nikolay Patskeviç deyib.
Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında danışıqlar aparılıb:
“Danışıqlar çərçivəsində tərəflər bu layihənin bütün detallarını hazırlamaq üçün işçi qrupun yaradılmasını razılşadırıblar. Eləcə də kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub”.
U.A.
www.oxu.az