Azərbaycan yükdaşıyıcıları Ukraynaya səfərlərini dayandırıblar.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının sədri Tofiq Nurullayev bildirib.
“Bu, hər şeydən öncə təhlükəsizlik baxımından edilib. Yükün olub-olmaması əsas rol oynamır”, - Nurullayev deyib.
Onun sözlərinə görə Ukrayna ərzisindən keçən marşrutlar azərbaycanlılar üçün heç vaxt sərfəli olmayıb.
“Bizi daha çox Rusiya marşrutları qane edir.
Rusiya istiqamətinin də öz problemləri var” - Nurullayev qeyd edib.