Azərbaycanın energetika naziri Natiq Əliyev Albaniyanın Tirana şəhərində keçiriləcək Enerji sahəsində əməkdaşlığın müzakirə olunması məqsədi ilə 18-20 dekabr tarixində bu ölkədə rəsmi səfərdə olacaq.
Energetika Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, səfər çərçivəsində Natiq Əliyevin albaniyalı həmkarı Damian Qjiknuri ilə görüşü nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.