ABŞ ərazisində terror aktı, Cənubi Çin dənizində silahlı qarşıdurma və Azərbaycan və Ermənistan arasında müharibə - bu, Amerikanın Beynəlxalq münasibətlər üzrə şurasının qarşıdan gələn il üçün verdiyi proqnoza daxil etdiyi 34 geosiyasi riskdən yalnız üçüdür.
Oxu.Az xəbər verir ki, bu barədə “Business Insider India” saytı bildirib.
Hər il Beynəlxalq münasibətlər üzrə şura (CFR) ABŞ və onun maraqlarına təsir edəcək qlobal hadisələri proqnozlaşdırmaq üçün bu tədqiqatı dərc edir.
Təşkilat 2200-dən çox hökumət məmurlarına, daxili siyasət məsələləri üzrə ekspertlərə və alimlərə 2015-ci ildə bu və ya digər hadisənin ehtimalı və amerikan maraqlarına mümkün təsiri əsasında, ABŞ qarşısında duran riskləri daha yaxşı anlamaq məqsədi ilə sorğu ilə müraciət edib.
Asiyada ən ciddi təhlükələr sırasında sayt Cənubi Çin dənizində silahlı qarşıdurmanı, Şimali Koreyada böhranı, Cənubi Çin dənizində Çin-yapon qarşıdurmasını, Hindistan və Pakistan arasında konfrontasiyanı, Çin və Hindistan arasında konfrontasiyanı, Çində etnik həyəcanı qeyd edib.