İqtisadiyyat Nazirliyində Dünya Bankının rəsmiləri ilə keçirilən görüşdə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə görüşüb.
İqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.
Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
18:40
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələm ilə görüşərək bir neçə sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bunu nazir “X” sosial şəbəkə hesabında bildirib.
“Görüşdə bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.
#DünyaBankı-nın Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer (@chjcormier) və Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələm ilə görüşdə Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal… pic.twitter.com/9fbb9mzAE4
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2023