Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşdük. İkitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.
#Xankəndi-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (@eco_secretariat) 17-ci Zirvə Görüşü çərçivəsində Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşdük. İkitərəfli #iqtisadi əlaqələr, #ticarət, #investisiya və #enerji sahələrində… pic.twitter.com/BEDxg1uvcY
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 3, 2025