Azərbaycan və Pakistan qarşılıqlı ticarət və investisiyaların təşviqini müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq”, - deyə nazir qeyd edib.
During our meeting with Musadik Masood Malik, Minister of State for Petroleum of the Islamic Republic of #Pakistan, we discussed the current state of our #economic relations. We also emphasized the promotion of mutual #trade and #investments and the potential expansion of our… pic.twitter.com/DND5O1yucC
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 31, 2023