Oxu.Az Dövlət Gömrük Komitəsinin 2016-cı ilin yanvar-fevral ayları üçün hazırladığı statistikaya əsasən, cari ilin son 2 ayında Azərbaycanın əsas ixrac məhsullarının artım-azalma tendensiyası təhlil edilib.
Həmin cədvəli sizə təqdim edirik.
| Malların adı | Bir ildə azalma | 2016-cı ilin ilk 2 ayının ümumi ixracına nisbətən %-lə |
| Spirtli və spirtsiz içkilər | 24,74% | 0,16% |
| Xam neft | 48,49% | 76,87% |
| Çay | 65,71 | 0,10% |
| Bitki və heyvan mənşəli piylər və yağlar | 85,52% | 0,24% |
| Şəkər | 65,37 | 0,53% |
| Kimya sənayesi məhsulları | 67,08 | 0,28% |
| Malların adı | Bir ildə artım | 2016-cı ilin ilk 2 ayının ümumi ixracına nisbətən %-lə |
| Təbii qaz | 33,18% | 3,66% |
| Meyvə-tərəvəz | 1,11% | 2,36% |
| Plastmassa və onlardan hazırlanan məmulatlar | 7,4% | 1,23% |
Qeyd edək ki, son 2 ayda ixrac olunan çeşidlərin sayı 968 ədəd olub, ümumilikdə 1 milyard 223 milyon 469 min dollar dəyərində məhsul ixrac edilib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 47,59% azalma deməkdir.
Ülviyyə R. Əli
www.oxu.az