“Boeing-787 Dreamliner” təyyarələri 2015-ci ilin yazında Bakıda olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dəki mənbə deyib.
AZAL daha əvvəl “Boeing” şirkətindən qeyd edilən modeldən 2 təyyarə sifariş etmişdi.
Daha əvvəl AZAL-ın ilk “Dreamliner”i 2014-cü ilin iyun-iyul aylarında, ikincisini isə noyabrda alacağı təxmin edilirdi.
Mənbə qeyd edib ki, plana əsasən, təyyarələr ölkəyə qısa vaxt aralığı ilə 2015-ci ilin yazında gəlməlidir.
Hazırda AZAL-ın təyyarə parkı “Boeing 757-200”, “Boeing 767-300”, “Airbus 319”, “Airbus A320”, “Airbus A340-500”, “Embraer ERJ 170-100LR” və “Embraer ERJ 190-100” avialaynerlərindən ibarətdir. (Trend).