Azərbaycan Dağlıq Qarabağın və ona yaxın yeddi rayonun işğalı üzündən böyük iqtisadi itkilərə məruz qalıb.
Mənim hesablamalarıma görə 20 il işğal ərzində bəzi amillərdən asılı olaraq biz 300-400 milyard dollar qazana bilərdik. Qarabağ ətrafındakı yeddi rayondan bütün Qarabağdan qazandığımızdan daha çox qazana bilərik.
Amma yalnız Dağlıq Qarabağı götürsək orada cəmi 70 milyard dollar itirmişik. Digər ekspertlərin hesablamalarına görə itkilər 600 milyarddan da artıqdır, amma hansı üsul ilə hesablandığını deməkdə çətinlik çəkirəm.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə müstəqil iqtisadçı Oqtay Haqverdiyev bildirib.
Ermənistan respublikasının aqressiyası nəticəsində Azərbaycanın 20% ərazisi işğal edilib, 20 000 nəfər adam öldürülüb, 50 000 nəfərdən artıq adam müxtəlif xəsarətlər alaraq əlil olub. 20 ildən artıq bir müddət ərzində 1 000 000 adam qaçqın və məcburi köçkün statusu alıb.
İşğal zamanı 900 yaşayış məntəqəsi yandırılaraq viran qoyulub, 6 000 sənaye və kənd təsərrüfatı müəssisələri və digər obyektlər məhv edilib, ümumi sahəsi 9 000 000 kv/km olan yaşayış binaları, 2 4366 sosial-mədəni obyekt, o cümlədən 695 tibbi obyekt dağıdılıb.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahələri, su təsərrüfatı, nəqliyyat və kommunikasiya xətləri sıradan çıxarılıb.
İşğal edilmiş rayonların ərazisində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və dövlət konsert studiyası dağıdılıb. Erməni vəhşiləri muzeylərdən 40 000 qiymətli əşya və eksponat çıxarıblar.
Hüquqşünas Elçin Qəmbərov hesab edir ki, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etməlidir:
“Hesab edirəm ki, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etməlidir. Məhkəmənin qərarı və bu qərarın yerinə yetirilməsi isə artıq başqa məsələdir. Real danışsaq çətin ki, qərəzli dövlət bu qərarı yerinə yetirə.
Amma heç olmasa beynəlxalq ekspertlər zərərin miqdarını hesablayarlar, bu isə danışıqlar zamanı Azərbaycan üçün əlverişli fakt olar”, - o yekunlaşdırıb.