“Rast” qrupu və dünya şöhrətli saksafon ifaçısı Meyseo Parker Montre Beynəlxalq Caz Festivalında çıxış edəcəklər.
Oxu.Az-a bu barədə qrupun rəhbəri Rəşad Həşimov bildirib.
1967-ci ildən keçirilən bu tədbirə “Rast” qrupu fəxri qonaq kimi dəvət edilib. 16 iyul tarixində onlar dünya şöhrətli saksafon ifaçısı Meyseo Parker və onun fank-orkestri ilə çıxış edəcəklər. 17 iyul festival çərçivəsində qrupun solo konserti olacaq.