2014-cü ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 9.7 faiz azalaraq 21.0 milyard dollar təşkil edib.
Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bunun 91.1 faizi və ya 19.1 milyard dolları uzaq xarici dövlətlərlə, 1.9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılıb.
“Səkkiz ay ərzində ölkəmizdən xarici ölkələrə 15.4 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilib, onun 96.3 faizi və ya 14.8 milyard dollarlığı uzaq xarici dövlətlərə, 562.9 milyon dollarlığı və ya 3.7 faizi MDB üzvü ölkələrinə göndərilib”, - məlumatda deyilir.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5.6 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4.3 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.3 milyard dollar olub.
“Səkkiz ay ərzində 9.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 10.5 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 747.5 milyon dollarlıq mənfi saldo yaranıb.
Qeyri-neft məhsullarının ixracı yanvar-avqust aylarında 1.1 milyard dollar olub.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 27.6 milyard dollar (o cümlədən ixrac 22.0 milyard dollar) təşkil etmiş və müsbət saldo 16.4 milyard dollar olub”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az