Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində ölkənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, 2006-cı ildə ölkəmizə 1 milyon 194 min nəfər əcnəbi vətəndaş gəlmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 300 mindən çox olub.
“Həmin müddətdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə çatıb”.
Gülnarə Zeynalova
www.oxu.az