Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycana gələn turistlərin sayı NİYƏ AZALIB?
"Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat verib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3.9 dəfə, Tacikistandan 1.9 dəfə, Çindən 1.8 dəfə, İspaniyadan 1.7 dəfə, İordaniyadan 44.6 faiz, Hindistandan 44 faiz, Qırğızıstandan 25.7 faiz, Qazaxıstandan 21 faiz, Pakistandan 19.6 faiz, Misirdən 18.9 faiz, ABŞ-dən 17.4 faiz, Niderlanddan 16.5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1.6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9.9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9.2 faiz azalıb:
"Göründüyü kimi, üç əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turzim azalma ilə başa vurub. Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb".
Qeyd edək ki, gələnlərin 23.4 faizi Rusiya, 18.6 faizi Türkiyə, 9.9 faizi Hindistan, 9.3 faizi İran, 5 faizi Gürcüstan, 3.3 faizi Qazaxıstan, 3.2 faizi Pakistan, hər birindən 2.9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1.8 faizi Küveyt, 1.7 faizi Özbəkistan, 1.6 faizi Çin, hər birindən 1.4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1.2 faizi İsrail, 1.1 faizi Oman, 11.3 faizi digər ölkələrin vətəndaşları olub.
"Azərbaycanda turizm" teqi üzrə xəbərlər
- Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
- Tarix, din və təbiət - Füsunkar şəhərdən REPORTAJ
- Rəngli dağlar, dörd-beş mərtəbəli villalar, insansız küçələr - Xızıdan REPORTAJ
- Ersin Tatardan açıqlama: "Şimali Kipr Türk Respublikası ilə əlaqələr genişlənir"
- Bakıda aparılan söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək?