Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Beləliklə, fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.
Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.