Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycana yeni raketlər alınacaq
Azərbaycan yeni ballistik raket sistemləri ilə təchiz olunacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan ordusu İsrail hərbi sənaye istehsalı olan “Ekstra” və Pakistan ballistik raketləri ilə təmin olunacaq.
“Ekstra” raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metrdir. Pakistan raketi isə “Xatf-4” “Şahin-1” raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qadirdir.
Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında “İsgəndər” operativ-taktiki raket komplekslərini yerləşdirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir?
- Sergey Lavrovla Mirzoyan arasında telefon danışığı olub
- Ermənistan hökumətinə fransalı məsləhətçilər TƏYİN EDİLDİLƏR
- Ermənistan XİN: "İrəvan sülh sazişindən sonra Aİ missiyası ilə əməkdaşlıq etmək niyyətindədir"
- Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyində