Biri körpə olan üç uşaq və üç böyükdən ibarət olan ailə parkda skamyada məskunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkə istifadəçilərindən biri yazıb:
“Avqust ayının 9-da “Azdrama” qarşısında parkda biz həyat yoldaşım ilə üç uşaq və üç böyükdən ibarət ailə gördük (kişi yetərincə yaşlı idi, onun arvadı və onlardan birinin anası, uşaqlar isə 6 yaşlı qız, 2 yaşlı oğlan və 3 aylıq körpə qız).
Biz bura necə gəlib düşdüklərini soruşduq. Kişi Şamaxı rayonundan olduqlarını dedi, arvadı Xocalıdandır, amma qaçqın statusu yoxdur.
Hər şey haqqında soruşdum. Aydın oldu ki, Sulutəpədə 2 sotluq torpaq sahələri var, amma ev tikə bilmirlər, çünki vəsaitləri yoxdur. Əvvəlcə onlar kirayə yaşayıblar, amma onları oradan sözün əsl mənasında küçəyə qovublar, kirayə pulunun ödəmədikləri üçün.
Başqa yaşayış yeri tapmadıqları üçün bu şəhər bağına gəliblər.
Beləcə bu parkda skamyada yaşamağa başlayıblar...
Müntəzəm olaraq onları müxtəlif polis şöbələrinə aparırlar və sonra yenidən buraxırlar. Uşaqlara adamın yazığı gəlir. Körpə südəmərdir, anası onu yedirməyin mümkün olmadığını deyib. Çayxanada onlara havayı çay vermirlər. Hətta uşaqlar üçün də!
Onlar üçün mümkün qədər geyim və s. topladım. Onlara necə yardım etmək olar?”.
Son statusa müvafiq olaraq hal-hazırda hər üç uşaq “Semaşko xəstəxanasının yaxınlığında yerləşən uşaq xəstəxanasındadır. Valideynləri xəstəxananın yanında növbə çəkir”, - paytaxt sakini yazır.