Ötən il 14 rayonda torpaqların elektron uçota alınması işi tam yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
O qeyd edib ki, elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritəsi hazırlanıb.
2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.
Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1 533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bundan başqa, 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.
Komitə ümumi hədəflərin 53%-nin icrasını təmin edib. Milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin 70%-nə əməl olunub.

L.Ə.
www.oxu.az