Türkiyədə “Duymayan kalmasın” verilişinin aparıcısı və müğənni Seren Serengil üç gün həbsdə qalacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb Serenin Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etməsi və onun əleyhinə qeyri-etik ifadələr səsləndirməsidir.
Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam edib və məhkəmə qərarı ilə üç gün həbs yatacaq.
Seren Serengil verdiyi açıqlamada dördüncü gün təslim olacağını bildirib. Onun yerinə proqramı tükiyəli müğənni Demet Akalın aparacaq.
Pərviz Hüseyn
www.oxu.az