Mərkəzi Bankın 2015-ci ilin yanvarın 1-nə olan məlumatına görə, ölkə üzrə bankomatların sayının 2608 ədəd olduğu, bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 186 ədəd çox olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bankomatların 1471-i Bakı şəhərində, 1137-si isə regionlarda yerləşir.
Hesabat dövründə POS-terminalların sayı 73 013 ədəd olub, onların 50 050-si Bakı şəhərində, 22 963 ədədi isə regionlarda yerləşir. Pərakəndə ticarət obyektlərində 71,553 min ədəd POS-terminal və ya bütün POS-terminalların 98 faizi quraşdırılıb.
www.oxu.az