2014-cü ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 971 cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, barələrində axtarış elan edilmiş 26 nəfər isə həbs edilib.
Qeyd edək ki, hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 16 milyon 81,4 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xatırladaq ki, cinayət işi vergi borcunun ödənilməməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksiz markası olmadan malların satışı və saxlanılması, qanunsuz idman mərc oyunlarının keçirilməsi ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, qanunsuz sahibkarlıq faktları ilə bağlı digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə başlanıb.