"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qurumun nizamnamə kapitalı altı milyon manatdan bir milyon manata endirilib.