Cari ilin yanvar-may ayı üçün ölkənin sığorta bazarında ən gözəçarpacaq enmə faktı avtomobil sığortalamasında müşahidə edilib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov məlumat verib.
“İlin ilk 5 ayı ərzində KASKO sığortalama həcmi 34% azalaraq 14,4 milyon manatdan ibarət olub. İcbari sığorta rüsumunun avtomobil sahiblərinin vətəndaş cavabdehliyi 8% azalıb və 25,2 milyon manatdan ibarət olub”, - O.Bayramov deyib.