Azərbaycanda bank və sığorta sektorlarının 2026-cı ilin ilk doqquz ayı üzrə maliyyə göstəriciləri açıqlanıb. Banklar bu müddətdə bir milyard manatdan çox xalis mənfəət əldə ediblər.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında bank sektorunun faiz gəlirləri 4 milyard 189.3 milyon manat, qeyri-faiz gəlirləri isə 1 milyard 545 milyon manat təşkil edib.
Beləliklə, bankların faiz və qeyri-faiz gəlirlərinin ümumi məbləği 5 milyard 734.3 milyon manata çatıb.
Hesabat dövründə bankların faiz xərcləri 1 milyard 548.2 milyon manat, qeyri-faiz xərcləri isə 2 milyard 434.1 milyon manat olub. Faiz xərclərinin 1 milyard 129.7 milyon manatı depozitlər üzrə ödənilən faizlərin payına düşüb.
Bank sektorunun əməliyyat mənfəəti 1 milyard 697.2 milyon manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 344.7 milyon manat xüsusi ehtiyat ayrılıb.
Nəticədə banklar doqquz ayı 1 milyard 352.6 milyon manat vergiyəqədər mənfəətlə başa vurublar. Mənfəət vergisi üzrə 270.8 milyon manat hesablandıqdan sonra sektorun xalis mənfəəti 1 milyard 81.8 milyon manat olub.
Abbas Mirzəyev