“AzeriCard” prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.
Oxu.Az prosessinq mərkəzinin rəsmi məlumatına istinadən xəbər verir ki, oktyabr ayının 16-dan 17-nə keçən gecə, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.
Xahiş olunur ki, əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız.