Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2014-cü il mayın 1-nə 2479 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 6,35% çoxdur.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, cari ilin mayın 1-nə bankomatların 1395-i Bakı şəhərində, 1084-ü isə digər şəhər və rayonlarda yerləşir.
Mayın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 42 790 ədəd olub ki, bunun 32 613-ü Bakı şəhərində, 10 177-i isə regionlarda yerləşir.
Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 12,11% artaraq 5908 minə çatıb.
Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 836 min ədəd olub.