Yanvar-iyul ayları ərzində ölkədə 1453,1 ton fermentləşdirilmiş tütün və 1 mlrd. 153,5 milyon ədəd papiros və siqaret istehsal olunub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizin tütün istehsalında 31,1 faiz, papiros və siqaret istehsalında isə 94,1 faiz artım qeydə alınıb.
Statistikaya əsasən yanvar-iyul ayları ərzində qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 1 mlrd. 572,5 milyon manat həcmində məhsul istehsal edilib.
Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,1 faiz, tütün məmulatlarının istehsalında 71,9 faiz artım, içki istehsalında isə 0,4 faiz azalma müşahidə olunub.