Sabirabadın Qasımbəyli kəndində 4 yaşlı uşaq həyətyanı sahədə qazılmış gölməçəyə düşərək boğulub.
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, valideynlərinin gözündən yayınaraq gölməçəyə düşən 2010-cu il təvəllüdlü Umudov Səid Raman oğlunun cəsədini babası Cəmaləddin Umudov sudan çıxarıb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.