Bu ilin 11 ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 19,8 milyon ton yük daşınıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, orta hesabla gündə 582 vaqon yüklənib, 603 vaqon boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,9 min ton, Qərb istiqaməti üzrə 6,3 min ton və Cənub istiqaməti üzrə 5,4 min ton yükləmə işi yerinə yetirilib.