Yeni ilin süfrəsinə hazırlıqlar başa çatmaq üzrədir. Bakı sakinlərinin əksəriyyəti süfrə üçün alış-veriş üçün dekabrın 31-nə qədər təşkil olunacaq bayram yarmarkalarına üz tutur. Oxu.Az-ın müxbiri bu yarmarkalardan birində olub və yeni il süfrəsinin bir ailə üçün minimum neçə manata başa gələcəyi ilə bağlı araşdırma aparıb.

Gənclik metro stansiyası yaxınlıqdakı yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı ilə söhbətdə məlum oldu ki, yarmarkada qiymətlər bazardakı qiymətlərdən 30-40% ucuzdur. Məsul əməkdaşın sözlərinə görə, istehsalçı deyil, tədarükçü olan şəxslər qiymətləri süni şəkildə 2-3 dəfə artırmağa çalışırlar. Bu halda Nazirliyin əməkdaşları onları məcbur edir ki, aldığı məhsulu öz qiymətinə vətəndaşlara satsın.
Yeni il süfrəsi üçün tələb olunan əsas ərzaq məhsulların bir kiloqramının qiymətləri:
Qəbələ kənd toyuğu - 3 manat
Toyuq -3 manat
Pomidor - 1 manat 50 qəpik
Soğan - 50 qəpik
Kartof - 70 qəpik
Pomidor - 1 man, 50 qəp
Göyərti- 6-7 dəstəsi -1 manat
Çuğundur, kök - 40- 50 qəpik

Alma - 60-80 qəpik
Qoz - 4 manat
Şabalıd - 5 manat
Findıq ləpəsi - 11 manat
Kişmiş - 4 manat
Qoz ləpəsi - 10 manat

Mal əti - 5 man, 50 qəp
Qoyun əti - 6 manat
Camış əti - 4 manat
Balıq - 4 manat
Qatıq – 2.50 manat - 3 manat

Yumurta - 20 qəpik
Bibər - 20 qəpik
Müxtəlif cür konfetlər - 4 manat
Duza qoyulmuş kələm, xiyar və s. - 4 manat
Banan - 40 qəpik
Nar - 1 manat, 50 qəpik
Mandarin -1 manat, 20 qəpik
Üzüm - 2 manat
Armud - 1 manat
Satıcılardan alıcılıq qabiliyyətinin hansı şəkildə olması ilə maraqlandıq. Onların bildirdiklərinə görə, həftənin əvvəli olduğuna görə, alıcılıq qabilliyyəti hələ aşağıdır. Satıcıların sözlərinə görə, şabalıd, qoz, fındıq yerli məhsular olduğuna görə qiymətləri bahadır.
Naziliyin əməkdaşları bildirdilər ki, yarmarkada neqativ hal olmayıb və bu cür hal müşahidə olunarsa, dərhal tədbir görüləcək.

Yarmarkada bəzi piştaxtalarda qiymət lövhələrinin olmadığını müşahidə etdik. Satıcıların bəzisi bunu işbazların süni qiymət artırması ilə əlaqələndirdi. Amma məsul şəxslər bildirdilər ki, bu cür hallar baş verdiyi təqdirdə həmin satıcılar bazarlardan kənarlaşdırılır. Bəzi satıcılar isə bunu məhsulların təzə piştaxtalara düzülməsi ilə əlaqələndirdi.
Alıcılar isə öz növbəsində bayram yarmarkalarında qiymətlərin bazarlarla eyni olduğunu bildirdilər. Onların sözlərinə görə, yarmarkalarda ucuzluq olmalıdır. Nazirliyin əməkdaşları isə alıcı narazılığına bu cür münasibət bildirdilər.
“Məhsulun qiymətini 1 qəpiyə belə qoysaq, elə alıcı olmayacaq ki, şikayətlənməsin”.

Qeyd edək ki, bəzi məhsulları yarmarkalarda tapmaq mümkün olmadığına görə, onların qiymətlərini marketlərdə dəqiqləşdirdik. Belə ki,
Düyü - 2 manat
Un - 85 qəpik
Şəkər tozu - 82 qəpik
Mayonez - 65 qəpik
Yağ - 3 manat
Yaşıl noxud - 1 manat 65 qəpik
Şampan - 4-10 manat
Şirələr- 1-5 manat
Qiymətləri nəzərdən keçirdikdə, belə nəticəyə gəlmək olar ki, bir ailə orta yeni il süfrəsi üçün minimum 50-60 manat kifayət edəcək.
Ülviyyə R. Əli
Fotoqraf: Nüsrət Abdullayev
www.oxu.az