Sentyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 895,5 mln. manat olub.
Oxu.Az xəbər verir ki, kreditlərin 1 mlrd. 918,4 mln. manatı milli valyuta, 4 mlrd. 977,1 mln. manatı xarici valyuta ilə yerləşdirilib. Əmanətlərin strukturunda manatla əmanətlərin həcmi 27,82%, xarici valyuta ilə əmaəntlərin həcmi isə 72,18% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nisbətdə manatla yerləşdirilən əmanətlərin həcmi 31,7% artıb, xarici valyutada yerləşdirilən əmanətlərin həcmi isə 23,14% azalıb.
L.Ə.