“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manat investisiya yatırılıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.
İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin 9 ayı ərzində ümumilikdə 10,4 milyon ₼ #investisiya yatırılıb, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.#EconomyAz pic.twitter.com/lV25wRRv4H
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2023