Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda dörd ayda dövlət xəttilə nə qədər ipoteka krediti verilib?
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 177,8 milyon manat kredit verilib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5% azalaraq 94,8 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə artaraq 200 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycanda bank əməkdaşlarının investisiya fəaliyyəti məhdudlaşdırıldı
- Azərbaycanda gələn ildən banklar Hesab Məlumatları Xidməti göstərəcək
- Azərbaycan Mərkəzi Bankı 6 sığorta şirkətinə icrası məcburi göstəriş verib
- AMB-nin 2025-ci il üçün inflyasiya proqnozu dəyişməz qalıb
- AMB: "Not emissiyası beş dəfəyə yaxın azalıb"
Ən çox oxunanlar