Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq
Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Mühasibat uçotu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "e-mühasibat" informasiya sistemi aşağıdakıları təmin edəcək:
- bu Qanunun 15.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının "Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.
Qanun layihəsində büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması, mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün "e-mühasibat" informasiya sisteminin tətbiqi təklif olunur.
Qanun layihəsi "e-mühasibat" informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, "e-mühasibat" informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara (beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnləri, mühasibat uçotunu tənzimləyən hüquqi aktların rəsmi dərc edilmiş elektron mətnlərinə keçidlər, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatları və maarifləndirici məlumatlar) çıxışını təmin edir.
Xatırladaq ki, qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin növbəti plenar iclası martın 14-də keçiriləcək
- Azərbaycanda ilkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimə olunacaqlar
- "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklər son oxunuşda qəbul edilib
- Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
- Parlament Azərbaycanın D-8-ə üzvlüyünu ratifikasiya edib