Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda əhali yanacağa daha çox pul xərcləməyə başlayıb
Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 milyon manat xərclənib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 milyard 423.1 milyon manat xərclənib, bu da illik müqayisədə 5.5% çoxdur.
"Dövlət Statistika Komitəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar