Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kurban Berdıyevlə bağlı sürpriz təklif
Futbol üzrə Rusiya milli komandasının sabiq müdafiəçisi Vladimir Qranat Azərbaycanın "Turan-Tovuz" klubunun çalışdırıcısı Qurban Berdıyevi Moskva "Spartak"ının yeni baş məşqçisi vəzifəsinə təklif edib.
Oxu.Az xəbər verir ki, Vladimir Qranat Rusiya mediasına danışarkən Kurban Berdıyevi "Spartak Moskva" üçün ən ideal çalışdırıcı adlandırıb.
"Qurban Berdıyev ideal namizəddir. Mən belə bir məşqçinin RPL-ə qayıtmasında maraqlı olardım. Onun üçün komanda önəmlidir və buna görə də onun gəlişindən "Spartak Moskva" ancaq fayda görəcək", - deyə V.Qranat bildirib.
Qeyd edək ki, Kurban Berdıyev 2024-cü ilin yayından "Turan Tovuz"u çalışdırır.