Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda əkin üçün noxudun idxalına güzəşt müddəti ARTIRILDI
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra əkin üçün Azərbaycana idxal olunan noxud oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart aylarında gömrük rüsumuna cəlb edilməyəcək.
İndiyə qədər azadolma fevral, mart, aprel və may aylarında ölkəyə gətirilən noxuda aid edilirdi.
Başqa sözlə, əkin üçün noxudun idxalına güzəşt müddəti 2 ay artırılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Bakıda Sahibsiz Heyvanlara Qayğı Mərkəzi YARADILDI
- Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub
- Vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb
- Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib
- Heydər məscidi və bir neçə tikiliyə memarlıq abidəsi statusu verilib