2013-cü ildə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 2,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur.
Oxu.Az interfax.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 89,7%-ni qeyri-ərzaq malları təşkil edib.
2013-cü ildə əhali onlayn rejim vasitəsi ilə sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.
Qeyd edək ki, elektron ticarət mal və xidmətlərin alınması və satılması əməliyyatlar üçün internet kommunikasiyaları istifadə etməklə reallaşır.