Dövlət sektoru əmək bazarında hegemonluğunu 2013-cü ildə də saxlayıb: o, iqtisadiyyat sahəsində çalışan vətəndaşların 59,6%-ni və əmək məşğulluğu olan əhalinin 86,6%-ni işlə təmin edir.
Oxu.Az abc.az-a istinadən bildirir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin 2014-cü il 1 yanvar tarixinə olan göstəricilərinə görə ölkə iqtisadiyyatında 1510,1 min insan məşğuldur.
Dövlət sektoru 900,2 min insanın, özəl sektor isə 609,9 min insanın məşğulluğunu təmin edir.
Ölkədə məşğulluq birbaşa olaraq təhsil sistemindən (burada 22,4% vətəndaşların iqtisadi fəaliyyətlə məşğul olan 22,4%-i işlə təmin edilib), xidmət sahəsindən (18,6%) və sənayedən (13%) asılıdır.
Bütün bu sahələrdə (sənaye istisna olmaqla) dövlət siyasəti işçilərin ixtisar edilməsindən ibarətdir.
Fəal şəkildə inkişaf edən sosial xidmətlər hələ ki, əhalinin 8,7%-ni faydalı iqtisadi fəaliyyətlə, inkişafda geri qalmayan tikinti sektoru isə əhalinin 7,1%-ni işlə təmin edə bilir.
Əməktutumlu sayılan kənd təsərrüfatı elm sahəsindən (3,6% iş yeri) geri qalaraq, yalnız 2,9% iş yeri təmin edir.
Qeyd etmək lazımdır ki, iqtisadi faydalı əməklə əhalinin yalnız 33,4%-i (2014-cü il 1 yanvara qədər 4521,2 min nəfər) məşğuldur.
Qalan 66,6% vətəndaşlar əlavə dəyər formalaşdırmayan: silahlı qüvvələr, hüquq mühafizə və məhkəmə orqanları, dövlət və bələdiyyə xidmətləri sahəsində fəaliyyət göstərir.
Real iqtisadiyyatı və vergi gəlirlərinin büdcəsini formalaşdırmayan bu sahələrdə sosial müdafiə və əməkhaqqı yüksəkdir.
Dövlət Statistika Komitəsinin 2014-cü il 1 yanvar tarixinə olan göstəricilərinə görə, Azərbaycanda orta əməkhaqqı 423 manatdır.